Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı gənc Statistik Olimpiadada uğurlu iştirakına görə təltif olunub.

22 oktyabr 2025 | 14:40
Ümumdünya Statistika Günü ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında statistik olimpiada keçirilib.
 
Beyləqan rayon Bünyadlı kənd Y.Quliyev adına tam orta məktəbin 11-ci sinif şagirdi Əliyev İbrahim Fərhad oğlu da Respublika üzrə təşkil olunmuş Statistik olimpiadada iştirak edən 355 şagird arasında ilk 10-luğa daxil olaraq final mərhələsində olimpiadanı uğurla yekunlaşdırıb.
 
Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə əlaqədar mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimində Beyləqanlı şagirdə olimpiadanın final mərhələsinə keçən ilk 10-luq arasında yer aldığı üçün sertifikat və hədiyyələr təqdim olunub.
 
Gənc istedadımızı təbrik edirik və uğurlarının davamını arzulayırıq.
Keçidlər