Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı güləşçi erməni rəqibinə qalib gələrək Avropa çempionatında finala çıxdı!

12 aprel 2025 | 19:37
Həmyerlimiz, Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında erməni rəqibinə qalib gələrək çempionatın final mərhələsinə vəsiqə qazandı!
 
Təcrübəli idmançı yarımfinalda Ermənistan təmsilçisi Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gəlib.
 
Qeyd edək ki, bu, E.Əzizli üçün 4-cü Avropa çempionatının finalıdır.
 
Həmyerlimizə növbəti və final yarışında uğurlar arzulayırıq!
Keçidlər