Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı şagirdlər region üzrə birinci oldu!

15 aprel 2026 | 10:26
13 aprel 2026-cı il tarixində Saatlı Şahmat Məktəbində keçirilmiş “Zəkaların mübarizəsi II” olimpiadası çərçivəsində Mil-Muğan regionu üzrə komandalar arasında təşkil olunan şahmat turnirində Beyləqan rayonunu təmsil edən şagirdlərdən ibarət komanda I yerə layiq görülmüşdür.
 
Qeyd edək ki, Beyləqan şahmat komandası 2025-ci ildə keçirilmiş olimpiadada Respublika üzrə V yerin qalibi olmuş, cari ildə isə yenidən uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanmışdır. Komanda 2026-cı ilin may ayında Bakı şəhərində, Heydər Əliyev Mərkəzində keçiriləcək final mərhələsində iştirak edəcəkdir.
 
Beyləqan rayonunun şagirdlərini əldə etdikləri uğur münasibətilə təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq!
Keçidlər