Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqanlı yeniyetmə futbolçular “Yay Festivalı” futbol turnirində birinci olublar

31 avqust 2026 | 14:51
Şamaxı şəhərində 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında “Yay Festivalı” adlı futbol turniri keçirilib.
 
Turnirdə ümumilikdə 8 komanda iştirak edib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, “Aran FK” Beyləqan Futbol Klubu turnirin qalibi olub.
 
Beyləqan təmsilçisi rəqibləri üzərində inamlı çıxış nümayiş etdirərək yarışda birinci yeri tutub.
 
Qeyd edək ki, belə turnirlərin keçirilməsi yeniyetmələr arasında futbolun inkişafına, onların idmana marağının artırılmasına və gənc istedadların üzə çıxarılmasına xidmət edir.
 
Beyləqan Rayon İcra Hakimiyyəti olaraq turnirin qalibi olan “Aran FK”nun yeniyetmə futbolçularını təbrik edir, onlara qarşıdakı yarışlarda uğurlar arzulayırıq.
Keçidlər