Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq idman yarışında Azərbaycanı layiqincə təmsil edən beyləqanlı idmançılar Fəxri Fərmanla təltif edilib.

27 dekabr 2023 | 16:48
Türkiyənin Bursa şəhərində keçirilən Alpaqut idman növü üzrə Dünya Çempionatında yüksək nəticə əldə edərək I yerə laiq görülən beyləqanlı idmançılarımız qazandıqları nailiyyətlərlə təkcə rayonumuzun deyil, eyni zamanda ölkəmizin də adını ucaldıblar.
 
Qalib adını qazanan idmançılarla dekabrın 27-də görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Alpaqut Federasiyasının vitse-prezdenti Nuranə Şıxəliyeva və idmançılar Nəsibov Sahib Cəmil oğlu, Ağalarov Nihad Kənan oğlu və Qarayev Asəf Mehdi oğlu iştirak edib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qazandıqları qələbə ilə bağlı idmançılarımızı təbrik edərək uğurlarının daha da bol olmasını, bayrağımızı daim uca mövqelərdə qaldırmalarını arzulayıb. A.Ağayev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyev və onun davaçmısı İlham Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayaraq, bu istiqamətdə tədbirlərin indi də ardıcıl davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
 
Görüşün sonunda əldə etdikləri nailiyyətlərə görə idmançılarımız Fəxri Fərman və hədiyyələrlə təltif ediliblər.
Keçidlər