Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyevin atası torpağa tapşırıldı
26 yanvar 2026 | 12:44
Bu gün rayonun Gödəklər kəndindən Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Rövşən Yaqub oğlunun atası Əliyev Yaqub Mustafa oğlu dəfn edilib. Dəfn mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində mərhumun ruhuna dualar oxunub, ailəsinə başsağlığı verilərək onlara səbr və dözüm dilənib. Qeyd olunub ki, Azərbaycan xalqı Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin fədakarlığını və Vətən yolunda göstərdikləri qəhrəmanlığını heç vaxt unutmur və qəhrəman şəhidlərin ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Qeyd edək ki, Gödəklər kənd tam orta məktəbinin adı şəhid Rövşən Əliyevin xatirəsinə verilmişdir. Bu addım, qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək və gənc nəsillərə onların fədakarlığını örnək göstərmək məqsədini daşıyır.







