Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Seyfəddin Nəcəfovun meyitinin qalıqları Beyləqan rayonunda dəfn olunub.

15 may 2024 | 15:52
Bu gün Şəhid Seyfəddin Nəcəfovun nəşi Beyləqanda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Aşıqalılar kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilərək cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşi ilə altında torpağa tapşırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağını şəhidin qardaşına təqdim edib.
Qeyd edək ki, Şəhid Nəcəfov Seyfəddin Eldar oğlu 22 avqust 1966-cı ildə Beyləqan rayonu Xalac kəndində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, 1984-1986-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə gələrək ailə qurmuş, 3 uşaq atası olmuşdur. O, Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq özünümüdafiə batalyonuna qatılaraq döyüşlərə atılıb, 1992-ci ilin mart ayının əvvələrində Şuşa şəhərində də döyüşmüşdür. Şuşanın işğalından sonra Nərgiztəpə, Xocavənd, Füzuli bölgələrində döyüşlərdə fəal iştrak etmişdir.
Xüsusi döyüş qabiliyyətinə görə Xüsusi Təyinatlı dəstəyə daxil edilən Seyfəddin Nəcəfov 1993-cü ilin iyun ayında bu dəstənin tərkibində mərdliklə vuruşmuşdur. Nəcəfov Seyfəddin Eldar oğlu 1993-cü ilin iyulunda Ağdam uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu. Şəhidin meyitinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.
Allah rəhmət eləsin!
Keçidlər