Birinci Şahsevən kəndində şəhid məzarları və onların ailələri ziyarət olunub.
19 iyul 2024 | 16:29
19 iyul 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri və şöbə müdirləri ilə birlikdə Birinci Şahsevən kəndində dəfn olunmuş şəhid məzarlarını ziyarət edib, şəhidlərin məzarları üstünə gül dəstələri düzərək qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra şəhid ailələrinə baş çəkilib. 15 şəhid ailəsini ziyarət edən RİH başçısı Əziz Əzizov şəhid ailələrinə dərin hüznlə baş sağlığı verərək tarixi torpaqlarımızı düşmən tapdağından azad edən, şanlı üçrəngli bayrağımızı Vətən göylərində böyük məğrurluqla dalğalandıran şəhidlərimizə hər zaman borclu olduğumuzu və ona görə də onların əziz xatirəsini qəlbimizdə daim yaşayacağını qeyd edib.
Şəhid ailələri qəhrəman övladları ilə fəxr etdiklərini bildirmiş, onlara göstərilən diqqət və qayğıya görə Dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.