Şriftin ölçüsü :

Saytın rəngi :

Bolsulu qəsəbəsində səyyar vətəndaş qəbulu keçirilib

23 dekabr 2025 | 11:40
Dekabrın 23-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Bolsulu qəsəbəsində səyyar vətəndaş qəbulu keçirib. Qəbula RİH başçısı ilə birgə, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəsəbə sakinlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı münasibətilə təbrik edib, ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə əsasən rayon ərazisində həyata keçirilən infrastruktur layihələri, abadlıq və tikinti işləri barədə ətraflı məlumat verib.
 
Səyyar qəbul zamanı sakinlər fərdi və ictimai məsələlər üzrə müraciətlərini çatdırıblar. Hər bir müraciət diqqətlə dinlənilib, müvafiq tapşırıqlar verilib və məsələlərin operativ həlli üçün aidiyyəti qurumlarla əlaqələndirilmə aparılıb.
 
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Keçidlər