Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Beyləqana səfər edib.

26 yanvar 2023 | 20:17
Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld 2023-cü ilin 26 yanvar tarixində Beyləqan məktəblərində Gender Təhsili sessiyaları ilə tanış olmaq məqsədi ilə Beyləqan rayonuna səfər edib.
 
Səfir Fergus Auld ilk öncə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevlə görüşüb.
 
Görüş zamanı Beyləqan rayonunun pambıq və taxıl istehsalı üzrə respublika birincilərdən olması qeyd olunub, Beyləqan rayonunun iqtisadi göstəriciləri, əhalinin sosial vəziyyəti və iqlim dəyişikliyi ilə bağlı suvarma məsələləri kimi mövzular müzakirə edilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı A.Ağayev xüsusi ilə Vətən Müharibəsi zamanı Beyləqan rayonunun qəhrəmanlığını vurğulayaraq, tarix boyu Beyləqanlıların vətənə sədaqət və məhəbbəti ilə daim seçildiyini qeyd etmişdir.
 
Sonda səfir Fergus Auld Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə “Britaniya və İrlandiyanın Tarixi” adlı kitabı hədiyyə edib.
Keçidlər