Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Beyləqan rayonu Bünyadlı kənd şəhidi Quluzadə Vəfadar Fəqan oğlunun doğum günüdür.

19 avqust 2022 | 12:36
Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri şəhidin ailəsini evində ziyarət etmiş və onlara baş sağlığı verərək səbir diləmişlər. Ailəsi şəhid övladları Vəfadar haqqında danışıb, onun qəhrəmanlığından, vətənə olan sevgisindən bəhs etmiş, müharibə zamanı keçdiyi döyüş yolu və xatirlərini bölüşmüşlər.
Qeyd edək ki, Vətən Müharibəsində tarix yazaraq şəhidlik zirvəsinə ucalan gənc qəhrəmanlarımızdan biri də Quluzadə Vəfadar Fəqan oğludur . O, 19 avqust 2001 -ci ildə Beyləqan rayonu Bünyadlı kəndində anadan olub. 2019-cu ildə Goranboy rayonunun “N” saylı hərbi hissələrində xidmət edib. Bir il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətin davam etdirib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi başlayan zaman Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Quluzadə Vəfadar Fəqan oğlu “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər