Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Əhmədli kəndindən olan şəhidimiz Vəliyev Fərid Güloğlan oğlunun mövlud günüdür.

01 sentyabr 2023 | 10:37
Vəliyev Fərid Güloğlan oğlunun mövlud günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, ərazi icra nümayəndəliyi, şəhidimizin döyüş yoldaşları, polis əməkdaşları, qazilər və kənd ictimaiyyəti iştirak edib.
 
Fərid Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub.
 
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına savaşıb və noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Allah şəhidlərimizə rəhmət eləsin.
Keçidlər