Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür!
Ulu Öndərin doğum günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri, hüquq-mühafizə orqanları, rayonun idarə və müəssisə kollektivi, hərbçilər, ictimaiyyət nümayəndələri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirmişlər.
Azərbaycan dövlətinin xilaskarı, milli həmrəyliyi təmin etmiş xalqın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Ömrünü, gününü Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqının rifahı və xoş gələcəyi üçün sərf edən Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmış, xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin anadan olmasından 99 il ötür. Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşmüşdür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə edilməz örnəyi olmuşdur.