Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün “Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezidentlik dövrünün 20 illik siyasi fəaliyyətinə baxış və Zəfərə gedən yol” mövzusunda konfrans keçirdi.

13 oktyabr 2023 | 10:23
Konfrans başlamazdan əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər.
YAP Beyləqan rayon təşkilatının inzibati binasında baş tutan konfransda rayon təşkilatının Ərazi Partiya Təşkilat sədrləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti Ərazi Partiya Təşkilatının sədri Yeganə Məmmədova iştirak edib.
Konfransı giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən bu günə qədər Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti haqqında geniş məruzə ilə çıxış edib.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyəti Ərazi Partiya Təşkilatının sədri Yeganə Məmmədova çıxış edərək Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün apardığı məqsədyönlü dövlət siyasaətinin regiondakı qüdrətindən və bu siyasətin nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasından danışıb.
Çıxış üçün söz verilən Şəhər 1 saylı Ərazi Partiya Təşkilatının sədri Mehman Əliyev və Araz qəsəbə Ərazi Partiya Təşkilatının sədri Zaur Qədirovun Prezident İlham Əliyevin Azərbaycanın dayanıqlı inkişafını təmin etmiş peşəkar dövlət siyasəti haqqında məruzələri dinlənilib.
Keçidlər