Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Hacıyev Zamiq Eldar oğlunun qızı Səmanın 6 yaşı tamam olub.

18 avqust 2022 | 12:28
Şəhid övladının doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Həmkarlar təşkilatının sədri Elvin Məmmədov şəhidin ailəsini ziyarət edib, Səmanı doğum günü münasibətilə təbrik edib.
Ziyarətçilər səmimi ürək sözlərini bildirərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədə payı olan Zamiq Hacıyev kimi oğullarımızın hər zaman xalqımızın qəlbində yaşayacağını, dövlətimiz, ölkə başçımız, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin doğmalarına göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirmiş, şəhidin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş çavuşu olan Zamiq Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Hadrut qəsəbəsinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə son damla qanına qədər savaşıb. Zamiq Hacıyev oktyabrın 29-da Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Zamiq Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Keçidlər