Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün şəhid Orxan Quliyevin cənnətdəki növbəti doğum günüdür.

25 iyul 2023 | 17:49
Şəhidin doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Heybət Əliyev, ərazi icra nümayəndəliyi şəhidin ailə üzvləri ilə birlikdə onun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
 
Quliyev Orxan Bəxtiyar oğlu 25 iyul 1997-ci ildə Beyləqan rayonunun Aşıqalılar kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə orta təhsil almışdır. Subay idi.
 
Orxan Quliyev 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Xidməti zamanı komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamələrlə təltif edilmişdir. 2017-ci ildə hərbi xidmətdən təxris olunmuş və mülki fəaliyyətinə davam etmişdir.
 
Azərbaycan Ordusunun əsgəri olan Orxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Quliyev 14 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Beyləqan rayonunda dəfn olunmuşdur.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" , Cəbrayılın azad olunmasına görə" , "Cəsur döyüşçü" , "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Keçidlər