Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan növbəti şəhidimiz Məmmədli İmran Cahangir oğlunun 4-cü ildönümü qeyd edilib.

26 noyabr 2024 | 17:04
Şəhidin ildönümü mərasimində Beyləqan RİH başçı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH nümayəndələri iştirak ediblər.
 
Rayonun Birinci Şahsevən kəndində şəhidimizin xatirəsinə keçirilən mərasimdə torpaqlarımızın suverenliyi uğrunda qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizin qəhrəmanlığından söz açılıb, şəhidin doğmalarına baş sağlığı verilib.
 
RİH başçısı Əziz Əzizov bildirib ki, şəhidlərimizin yaxınları həmişə dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunacaqdır. Çünki onlar 30 ilə yaxın müddətdir ki, düşmən tapdağında olan yurd-yuvamızı, doğma Qarabağımızı son damla qanlarına kimi savaşıb bizə qaytarıblar.
 
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya, şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib.
Keçidlər