Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsində həlak olmuş daha iki şəhidin ildönümü keçirildi.

21 oktyabr 2024 | 14:42
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərdə canlarını qurban vermiş qəhrəman şəhidlərin-Məmmədov Vüqar Xaləddin oğlunun və Məmmədov Nicat Şamxal oğlunun şəhər mərkəzində keçirilən anim mərasimlərində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq -mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Tədbirlərdə şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, onların xatirəsinə ehtiram ifadə olunub, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda canlarını fəda etmiş hərbçilərimizin hər birinin xatirəsinin əziz tutulduğu vurğulanıb. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı qələbənin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığı bildirilib. Bu şərəf tarixini öz qanları və canları ilə yazan şəhidlərin ailələrinə və qəhrəman qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyi qeyd edilib.
 
Şəhid ailələləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər