Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən Müharibəsinin qəhrəmanlarından, şəhid Əlizamin İsgəndərovun doğum günüdür!

06 dekabr 2023 | 17:32
Düşmənin “Abu-Arzail” adlandırdığı, 100-dən çox düşməni məhv edən, ermənilərin qorxulu yuxusuna çevrilmiş, igid Azərbaycan oğlu İsgəndərov Əlizamin Həmid oğlu 1977-ci ilin dekabr ayının 6-sı Beyləqan rayonunda dünyaya göz açıb. Əlizamin 4 övladını yoldaşı İlahə xanıma əmanət edərək döyüşə yollanıb. O, iki dəfə ağır yalanmasına baxmayaraq döyüşdə iştirak etməyə davam edib...
Şəhidimizin doğum günü Milabad qəsəbəsində, şəhidlər abidəsinin önündə qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhidin hərbçi yoldaşları, ailə üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev çıxış edərək tarixi zəfərin qazanılmasında bizim qəhrəman şəhidlərimizin və qazilərimizin şücaətindən söhbət açıblar. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də dediyi kimi, arsenalımızda nə qədər müasir silah, sursat və texnikalar olsa da biz tarixi zəfərin qazanılmasında əsas rolu şəhidlərimizin qorxmazlığı, bilə-bilə ölümə getməsi, qazilərimizin rəşadətini əsas hesab edirik. 44 günə bu cür şanlı zəfərin qazanılmasında ölkə başçısının yenilməz qətiyyəti, dəmir iradəsi, xalq-ordu birliyi və şəhid-qazilərimizin cəsurluğu sayəsində biz ərazi bütövlüyümüzü təmin etdik və 2023-cü ildə aparılan antiterror əməliyyatları nəticəsində düşmənə bir daha döyüş meydanında tarixi dərs verdik.
Tədbirdə çıxış edən şəhid Əlizamin İsgəndərovun ailəsinin üzvləri və onun hərbçi yoldaşı şəhid Əlizaminin vətənpərvərvəliyi, vətənə, dövlətə sadiqliyindən söz açaraq onunla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Daha sonra şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək ruhuna daualar oxunulub.
Allah şəhidlərimizə rəhmət etsin!
Keçidlər