Bünyadlı və Əmirzeyidli kəndlərində şəhidlərin xatirəsi yad edilib
26 sentyabr 2026 | 15:07
27 Sentyabr – Anım Günü münasibətilə Beyləqan rayonunda şəhidlərin məzarlarının ziyarəti davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH başçısı aparatının əməkdaşları Bünyadlı və Əmirzeyidli kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin müqəddəs ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub və onların əziz xatirəsi ehtiramla yad edilib.







