Şriftin ölçüsü :

Saytın rəngi :

COP29 çərçivəsində Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə Əziz Əzizov da iştirak edib.

22 noyabr 2024 | 17:01
Noyabrın 11-də Bakıda start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil etdi.
 
COP 29 çərçivəsində təşkil olunmuş Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Nazirlərin Görüşündə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da iştirak edib.
 
Görüşdə ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin və digər rəsmilərin çıxışları dinlənilib.
 
Tədbirdə şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac olduğu vurğulanıb. Bununla yanaşı, urbanizasiya baxımından ən sürətlə inkişaf edən regionlardan biri kimi, ölkəmizin şəhərsalma ilə birlikdə gələn problemlərin həllinə sadiq olduğu bildirilib və bu istiqamətdə işlərin sürətlə aparıldığı diqqətə çatdırılıb.
 
Keçidlər