Daha bir mərkəzi küçədə-Akif Əkbərov küçəsində quruculuq işlərinə başlanıldı.
28 yanvar 2025 | 11:07
İlin əvvəlindən rayon mərkəzində başlanılmış geniş əsaslı təmir və yenidənqurma işləri çərçivəsində daha bir mərkəzi küçədə- Milli Qəhrəman Akif Əkbərovun adını daşıyan küçədə yenudənqurma və quruculuq işlərinə başlanılıb.
Hazırda küçə boyu səkilərin yararsız hala düşən, çatlar və qabarmalar müşahidə olunan, əhalinin hərəkətini çətinləşdirən hissələrində səki daşları və bardürləri sökülür, səkilərin kənarlarına yeni, müasir tipli bardürlər, səkilərə isə göz oxşayan tamet daşları döşənilir.
F.Hacıyev adına şəhər 2 nömrəli məktəbin və şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının yaxınlığında yerləşən bu küçədə yeni səkilərin salınması,məktəb və bağça kollektivi ilə yanaşı sakinlərin də mərkəzi bazara rahat gediş-gəlişini təmin edəcəkdir.
İlin əvvəlindən şəhərin Heydər Əliyev prospektində, Məmmədəmin Rəsulzadə, Məhəmməd Əsədov küçələrində də yenidənqurma və quruculuq işlərinə başlanılıb və sürətlə davam edir. Quruculuq işləri ilə yanaşı səki kənarlarında yeni yaşıllıq zolaqları yaradılır, küçə boyu ağaclar budanır, təmizlik işləri aparılır.
Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.