Daha bir neçə kənddə şəhid məzarları ziyarət olunub.
Şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində Beyləqan rayonunda Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini yad etmək, onların igidliyi və fədakarlığını gələcək nəsillərə örnək göstərmək məqsədilə Əhmədli, Aşağı Çəmənli, Qaradağlı və İkinci Şahsevən kəndlərində şəhid məzarları ziyarət edilmişdir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH aparatının nümayəndələri, və ictimaiyyət nümayəndələri ziyarət zamanı Vətənimizin bütövlüyü və azadlığı uğrunda göstərdikləri misilsiz xidmətlərə görə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar.







