Daha bir neçə kənddə şəhidlərimizin məzarları ziyarət olundu.
06 noyabr 2025 | 15:37
44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbənin 5-ci ildönümü münasibətilə Beyləqanda şəhid məzarlarının ziyarəti davam edir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov şəhid ailələri ilə birgə Eyvazallar və Yuxarı Kəbirli kəndlərində, Örənqala qəsəbəsində qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən igid övladlarımızın qəhrəmanlıq yolu bir daha yad edilib.
Şəhid ailələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər və dövlətin onlara olan davamlı qayğısını yüksək qiymətləndiriblər.







