Şriftin ölçüsü :

Saytın rəngi :

Daha bir neçə küçədə təmizlik və abadlıq işləri aparılıb.

22 sentyabr 2025 | 15:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Beyləqan şəhərinin bir sıra küçələrində növbəti abadlıq və təmizlik aksiyası təşkil olunub.
 
Şəhid Röyal Cəfərli və Şəhid Şahin Hüseynlinin adını daşıyan küçələrdə aparılan abadlıq işləri Beyləqan Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin və “DOST” İş Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilib.
 
Aksiya çərçivəsində ərazidə yabanı otlar və quru budaqlar təmizlənib, yaşıllıq zonaları səliqəyə salınıb. Eyni zamanda məişət tullantıları toplanaraq ərazidən daşınıb, ümumi sanitar-gigiyenik vəziyyət yaxşılaşdırılıb.
 
Görülən işlərin əsas məqsədi rayonun mühitinin ekoloji baxımdan sağlamlaşdırılması, ekoloji mədəniyyətin təbliği və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Keçidlər