Daha bir neçə şəhidimizin ildönümü mərasimləri qeyd edilib.
04 oktyabr 2024 | 07:39
Vətən Müharibəsində savaşaraq torpaqlarımızın azad olunması zamanı qəhrəmancasına həlak olan daha bir neçə şəhidimizin ildönümü mərasimləri keçirilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının nümayəndələri, idarə və müəssisə nümayəndələri ilə birgə Milabad qəsəbəsində Şəhid Bayramov Elburus Eyvaz oğlunun, Bünyadlı kəndində Şəhid Quluzadə Vəfadar Fəqan oğlunun, Dünyamalılar kəndində Şəhid Soltanov Gəray Xəlil oğlunun, Birinci Şahsevən kəndindən Şəhid Quliyev Murad Şahin oğlunun və Şəhid Əzimov Cavanşir Cəlal oğlunun ildönümü mərasimlərində iştirak ediblər.
Beyləqan RİH başçısı şəhid mərasimlərində şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verərək, torpaqlarımızın hər qarışını düşmən tapdağından azad etmək üçün son damla qanınadək vuruşan hərbçilərimizin qəhrəmanlığından söz açıb, onların xalqımızın yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.