Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair 2022-ci il üzrə hesabatın müzakirəsi keçirilmişdir

10 mart 2023 | 17:46

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev 10 mart 2023-cü il tarixdə RİH başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsini keçirmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat verdi.
Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alındı.
Diskussiya şəklində keçən müzakirələrin sonunda RİH başçısı Asif Ağayev dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini verdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Keçidlər