Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı qeyd olundu.

28 mart 2024 | 15:17
Bu gün-28 Mart Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramıdır.
 
Peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon bölməsinin rəisi və əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, dahi liderin əziz xatirəsini yad ediblər.
 
Daha sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bir qrup orqan əməkdaşını peşə bayramı münasibəti ilə fəxri fərmanla təltif edib, Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının, o cümlədən rayon bölməsinin bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayıb.
Keçidlər