Dünyamalılar kəndində antiterror əməliyyatlarında şəhid olan Əliyev Ramil Şakir oğlunun məzarı ziyarət olundu.
19 sentyabr 2024 | 14:46
Bu gün Dünyamalılar kəndində antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçumuz Əliyev Ramil Şakir oğlunun və Vətən Müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
Ziyarətdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidlərin yaxınları iştirak ediblər.
Ziyarətçilər şəhidlərin məzarlarına tər gül dəstələri düzüb, ruhlarına dualar oxuyaraq onların xatirələrini ehtiramla yad ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri və onların yaxınlarına başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda savaşıb şəhid adını qazanan qəhrəmanlarımızın ruhunun şad olduğunu, indiki və gələcək nəsillərin Ramil kimi qəhrəmanları daim uca tutacağını bildirib.
Qeyd edək ki, Əliyev Ramil Şakir oğlu 10.05.2000-ci il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Əliyev Ramil Şakir oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamına əsasən kiçik çavuş Əliyev Ramil Şakir oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.