Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyamalılar, Qaralılar və İmamverdili kəndlərində şəhid məzarları ziyarət olunub.

04 noyabr 2025 | 13:47

8 Noyabr-Şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində Beyləqan rayonunda şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədi ilə ziyarətlər davam edir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH aparatının nümayəndələri Dünyamalılar, Qaralılar və İmamverdili kəndlərində uyuyan qəhrəman şəhidlərimizin məzarlarını ziyarət ediblər.
 
Ziyarət zamanı şəhidlərin xatirəsi hörmətlə anılmış, Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri xidmətlərə ehtiram ifadə olunmuşdur.
Keçidlər