Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədli, Aşıqalılar Aşağı Çəmənli, İkinci Şahsevən və Qaradağlı kəndlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub.

18 iyul 2024 | 16:18
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonda fəaliyyətə başladığı ilk gündən Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, onların ailə üzvlərini ziyarət edir.
 
18 iyul 2024-cü il tarixdə Beyləqan RİH başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısının müavinləri ilə birlikdə rayonun Əhmədli, Aşıqalılar, Aşağı Çəmənli, İkinci Şahsevən və Qaradağlı kəndlərində şəhid məzarlarını ziyarət edib, əziz xatirələrini ehtiramla yad ediblər.
 
Daha sonra 7 şəhid ailəsinə baş çəkilib və onlara ərzaq sovqatı təqdim olunub.
 
Görüşlərdə şəhidlərin şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
 
Şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib, Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər