Əhmədli kəndində səyyar qəbul-görüş keçirildi
16 sentyabr 2025 | 19:07
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən məsələlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 16 sentyabr 2025-ci il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib.
Qəbulda RİH başçısıyla birgə SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi, RİH başçısının müavinləri və aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri də sakinlər iştirak ediblər.
Səyyar görüş iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, asfalt örtüklərinin yenilənməsi, infrastruktur layihələri və Beyləqan rayonunun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra sakinlərin müraciətləri dinlənilmiş, araşdırma tələb edən məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə olunaraq qanunamüvafiq izahatlar verilib və həlli nəzarətə götürülüb.
Görüşdə iştirak edən vətəndaşlar yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







