Şriftin ölçüsü :

Saytın rəngi :

Əhmədli kəndində vətəndaşlarla səyyar qəbul keçirilib

04 avqust 2026 | 19:17
4 avqust 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbulunu Əhmədli kənd sakinləri ilə keçirib. Qəbulda həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
 
Qəbul başlamazdan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı istiqamətində görülən işlər, eləcə də Beyləqan rayonunda icra olunan abadlıq-quruculuq tədbirləri və əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr barədə sakinlərə ətraflı məlumat verilib.
 
Daha sonra kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qisminin yerində həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək həlli istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
 
Qəbulda iştirak edən sakinlər göstərilən yüksək diqqət və qayğıya, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər