Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

24 iyul 2024 | 21:13
Suvarma suyunun sahələrə maneəsiz çatdırılması və izafi suları kənarlaşdırmaq üçün Beyləqan rayonu ərazisində bir sıra işlər görülür.
 
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun tapşırığı ilə Beyləqan şəhər ərazisində yerləşən 180 ha əkin sahəsinin suvarılma suyu ilə təchizatının müntəzəm təmin olunması və suvarmada intensivliyin artırılması məqsədilə həmin əkin sahəsinə xidmət edən torpaq məcralı P-3-2 kanalında lildən təmizləmə işləri aparılmışdır.
 
Təmizləmə işləri nəticəsində suvarma mövsümündə yarana biləcək su itkisi minimuma endiriləcək və suyun maneəsiz axınını təmin ediləcək.
 
Qeyd edək ki, torpaq məcralı P-3-2 kanalının suburaxma qabiliyyəti 630 L/san, uzunluğu isə 2600 metrdir. Su itkisinin qarşısının alınması məqsədi ilə P-3-2 kanalının layihə-smeta sənədləri hazırlanmış və cari ildə Podrat təşkilatlar tərəfindən beton-üzlüyə alınması işləri nəzərdə tutulmuşdur.
Keçidlər