Şriftin ölçüsü :

Saytın rəngi :

“El Pəhləvanları–Mədəni irsimizə sahib çıxaq!” adlı tədbir keçirilib.

11 iyun 2024 | 17:06
11 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin təşkilatçılığı, Beyləqan rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan Nümayəndəliyinin dəstəyi ilə Beyləqan şəhəri Mədəniyyət və İstirahət parkında 15 iyun- Milli Qurtuluş Günü münasibəti ilə “El Pəhləvanları–Mədəni irsimizə sahib çıxaq!” adlı tədbir keçirilib. Tədbirdə dünya şöhrətli pəhləvan, “El pəhləvanları” İdman Klubu İctimai Birliyinin sədri Nurəddin Beyləqanlı və birliyin üzvü Təvəkkül Şuşalı bir-birindən maraqlı pəhləvanlıq nümunələri nümayiş etdirib, uşaqlar arasında sadə nömrələr üzrə müsabiqə keçirərək onlara qiymətli hədiyyələr təqdim ediblər.
 
Tədbir rayon Mədəniyyət Mərkəzinin və Niyazi adına Uşaq Musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Keçidlər