Şriftin ölçüsü :

Saytın rəngi :

“El pəhləvanlığı – mədəni irs” adlı tədbir keçirilib

19 iyul 2025 | 08:37
Beyləqan Rayon İcra Hakimiyyətinin və El Pəhləvanları İdman Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “El pəhləvanlığı – mədəni irs” adlı nümayiş xarakterli tədbir keçirilmişdir.
 
Tədbirin əsas məqsədi xalqımızın qədim idman ənənələrindən biri olan el pəhləvanlığının təbliği, bu sahənin milli-mədəni irsimizdəki yerinin cəmiyyətə tanıdılması və gənc nəslin milli köklərə bağlı ruhda formalaşdırılması olmuşdur.
 
Proqram çərçivəsində tanınmış pəhləvan Nurəddin Beyləqanlı və digər gənc pəhləvanlar tərəfindən müxtəlif fiziki güc və bacarıq nömrələri nümayiş etdirilib. Çəkilərlə çıxışlar, dözümlülük tələb edən nümayişlər və ustalıqla hazırlanmış şou proqramlar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
 
El pəhləvanlarının təqdim etdikləri bu nümunələr yalnız əyləncəli nümayiş xarakteri daşımayıb, eyni zamanda gənclərdə sağlam həyat tərzinə marağın artırılması, fiziki hazırlığın və özünəinamın təşviqi baxımından da mühüm mesajlar verib.
Keçidlər