Şriftin ölçüsü :

Saytın rəngi :

Elektrik enerjisinə qənaət üsulları

06 aprel 2024 | 12:28
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar elektrik enerjisinə qənaət üsullarını sizinlə bölüşürük.
 
Yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün və qənaətlə istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, enerji israfçılığının və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda evdəki büdcəmizi qoruyub pulumuza qənaət edə bilərik. Belə ki, hər kəs öz evində müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar. Bu qaydalar isə demək olar ki, saysız-hesabsızdır.
 
Əsas elektrik enerjisinə qənaət üsulları:
 
~Mənzilin otaqlarında işıqları söndürün. Yalnız oturduğunuz otaqda işığı yandırın və buna vərdiş edin. Bunu etməklə enerjiyə 30% qənaət edə bilərsiniz.
 
~LED lampalardan istifadə edin. LED lampalar 80 % daha az enerji sərf edir.
 
~Elektrik avadanlıqlarını elektrik mənbəyindən ayırın. İstifadə olunmayan elektrik avadanlıqlarını mənbəyindən ayırın. Elektrik avadanlıqlarını mənbədən ayırmaqla həm enerjiyə qənaət edirsiniz həm də cihazınızın uzunömürlülüyünü qoruyursunuz.
 
~Təbii işıqlandırmaya üstünlük verin. Təbii işıqlandırmadan faydalanarkən elektrik işıqlandırma cihazlarını söndürün.
 
~Enerji sərfiyyatı aşağı olan məişət avadanlıqları alın. Məişət avadanlıqları A-dan G-yə qədər etiketlənib. A və B etiketli yüksək enerji səmərəliliyi sinfinə malik avadanlıqları seçin.
 
Keçidlər