Əmirzeyidli kənd sakinləri ilə səyyar qəbul keçirilib
08 sentyabr 2026 | 18:07
8 sentyabr 2026-cl il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Əmirzeyidli kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbulda həmçinin Beyləqan rayon prokuroru Elşad Əzimov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşlarla keçirilən səyyar qəbulların əsas məqsədinin onların müraciət və təkliflərini yerində dinləmək, qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər görmək olduğunu bildirib. O, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, kəndlərin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması və sakinləri narahat edən məsələlərin diqqətdə saxlanılması barədə danışıb.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, qaldırılan məsələlər müzakirə olunub. Sakinlər tərəfindən səsləndirilən müraciət və təkliflərin bir qismi yerindəcə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







