Əmirzeyidli və Birinci Şahsevən kəndlərində şəhidlərin xatirəsi anılıb.
05 noyabr 2025 | 09:57
Azərbaycanın Zəfər Salnaməsini yazan qəhrəmanlarımızın xatirəsinə dərin ehtiramın ifadəsi kimi Beyləqan rayonunda ardıcıl olaraq şəhid məzarları ziyarət olunur. Bu ziyarətlər, xalqımızın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərin fədakarlığının daim xatırlanması və gənc nəsilə örnək kimi təqdim olunması məqsədi daşıyır.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, DTX-nın Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, SHXÇDX-nin Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov və RİH aparatının əməkdaşları şəhid ailələri ilə birlikdə Birinci Şahsevən və Əmirzeyidli kəndlərində şəhid məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin müqəddəs ruhuna dualar oxunub, onların Vətən qarşısındakı müstəsna xidmətləri dərin hörmətlə anılıb.







