Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən Yaxşı Təqdimat” müsabiqəsinin qalibi olan Beyləqanlı gənc mükafatlandırılıb!

14 may 2025 | 14:00
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mayın 13-də təşkil olunmuş mükafatlandırılma mərasimində təltif olunublar.
 
Beyləqan şəhəri N.Allahverdiyev adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Nəsirli Röya Ruslan qızı sözügedən müsabiqədə birinci yerə layiq görülmüşdü.
 
Təqdimatında ümummilli lider Heydər Əliyevin zəngin irsini, xalq qarşısındakı misilsiz xidmətlərini və gənclər siyasətini uğurla əks etdirən Röya Nəsirli mərasimdə mükafatlandırılıb.
 
Qeyd edək ki, müsabiqədə göstərdiyi yüksək nəticəyə görə Röya Nəsirli mayın 8-də Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə də təltif olunmuşdu.
 
Gənc və istedadlı şagirdimizə gələcək fəaliyyətində uğurlar arzulayır, eyni zamanda onun bu uğurunda əməyi keçən N.Allahverdiyev adına 1 saylı tam orta məktəbin rəhbərliyi və pedaqoji kollektivinə təşəkkürümüzü bildiririk!
Keçidlər