Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklərin peşə bayramı qeyd olunub.

18 oktyabr 2024 | 16:30
Beyləqan rayonunda 20 oktyabr – Energetiklər Günü qeyd olunub. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon Elektrik Şəbəkəsinin Rəisi Cəsur Qasımov və energetiklər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ruhuna ehtiram nümayiş etdirblər.
 
20 ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 38 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Keçidlər