“Erkən nikah və onun fəsadları” adlı tədbir keçirilib.
22 may 2024 | 15:32
22.05.2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə F.Hacıyev adına 2 nömrəli tam orta məktəbdə "Erkən nikah və onun fəsadları" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi və psixoloqu çıxış edərək erkən nikahın cəmiyyətdə yaratdığı problemlər barədə şagirdlərə ətraflı məlumat verib.
Sonda isə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.