eyləqanda “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” adlı maarifləndirici tədbir keçirilib.
23 oktyabr 2023 | 12:23
Beyləqan Rayon İcra Hakimiyyətinin və “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Mina təhlükəsi və partlayıcı sursatların təsirləri" adlı seminar həyata keçirilib.
Seminarda 30 nəfər yerli sakin, ictimai fəal gənclər iştirak etmişdir.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Seminarı Beyləqan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev açaraq qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirmiş, seminarların postmüharibə dövründə keçirilməsinin əhalinin təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətini qeyd etmişdir.
Seminarda çıxış edən təşkilatın sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
Layihənin eksperti mina təhlükəsizliyi üzrə mütəxəssis Vaqif Sadıqov seminar zamanı qlobal miqyasda mina təhlükəsi, müharibənin təsirlərinə məruz qaldığı rayonlarda mina və müharibənin partlamamış qalıqları ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları haqda ümumi məlumat, mina mifləri, mina və partlamamış hərbi sursatlarla təhhlükəsiz hərəkət qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə işləri haqqında təqdimatlar etmiş, mövzu ətrafında müzakirələr aparılıb.