Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Beyləqan rayonunun sakinləri! Badam Medical Center-in “Səyyar Klinika”sı regionlarda ödənişsiz müayinələrini bu dəfə sizin rayonunuzda keçirməyə gəlir!

03 iyun 2024 | 12:18
Əziz Beyləqan rayonunun sakinləri! Badam Medical Center-in “Səyyar Klinika”sı regionlarda ödənişsiz müayinələrini bu dəfə sizin rayonunuzda keçirməyə gəlir!
 
Klinikamızın “NUR Göz Mərkəzinin” peşəkar və təcrübəli oftalmoloq komandası Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində, Beyləqan Rayon İcra Hakimiyyətinin binası qarşısında 3-17 iyun tarixlərində sakinlərə ödənişsiz xidmət göstərəcək. Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.
 
Əziz Beyləqanlılar! Sizi xidmətimizdən faydalanmağa və ödənişsiz həkim müayinəsindən keçməyə dəvət edirik.
 
Sizin gözünüzə işıq olmaq üçün Sizə gəlirik!
Keçidlər