Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz beyləqanlılar, sağlam dünya naminə aşağıda qeyd olunanlara riayət edək!

01 aprel 2024 | 15:22
1. Kağız salfetlərdən daha az istifadə edin. Gün ərzində hər bir insan orta hesabla 6 kağız salfetdən istifadə edir. Yəni ildə 2200 ədəd. Bütün insanların birlikdə istifadə etdiyi kağız salfet sayını düşünün!
2. Şüşələri və plastikləri geri çevrilmə fabriklərinə verin. Geri çevrilmiş şüşə havanın çirklənməsini 20%, suyun çirklənməsini isə 50% azaldır. Geri çevrilməmiş şüşənin təbiətə qarışması isə milyonlarla il çəkir.
3. Kağızları geri çevrilmə fabriklərinə verin. Beləliklə, həftədə yarımmilyon ağacı xilas etmiş olacaqsınız.
4. Suya qənaət edin. Məsələn, dişlərinizi fırçalayarkən suyu bağlayın, beləliklə, 20 litr suya qənaət etmək mümkündür.
5. Ağac əkin. Bu hər bir insanın borcu olmaqdan əlavə, həm də təbiət üçün böyük qatqıdır.
6. Plastik fincan əvəzinə öz fincanınızdan istifadə edin. Plastik fincanlar ətraf mühiti korlayır!
7. İşıqları söndürün. Otaqdan 10 dəqiqəlik də çıxdığınız zaman işığı mütləq söndürün. Beləliklə, enerjiyə qənaət etmiş olacaqsınız.
8. Alışqan əvəzinə kibritdən istifadə edin. Atılmış alışqanların təbiət qarışması əsrlər alır.
9. Biletləri online sifariş edin. Kağız biletlərlə müqayisə də bu üsul təbiətdən nisbətən az şey alır.
10. Polietilen paketlərdən istifadə etməyin. Onlar təbiətə qarışmır və nəticədə dənizə atılaraq orada yaşayan canlıları zəhərləyir.
11. Şəxsi nəqliyyat vasitələri yerinə ictimai nəqliyyatlardan istifadəyə üstünlük verək, beləliklə avtomobillərdən çıxan qazlar ətraf mühiti korlamayacaq.
 
Bu öyrəndiklərinizi paylaşın.
 
Sağlam dünya naminə həmrəy olaq!
 
Keçidlər