Əziz Əzizov Gənclər Evinin fəaliyyəti ilə tanış olub.
01 avqust 2024 | 20:09
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov avqustun 1-də Beyləqan rayon Gənclər Evində olub.
Gənclər Evinin direktoru Marat Əsgərov rayon rəhbərinə mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, rayon Gənclər Evi 2014-cü ildə inşa edilib. Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərir. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün yaradılan bu şəraitdən maksimum istifadə olunur.
Ziyarət zamanı mərkəzin mövcud vəziyyəti təhlil edilərək, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.