Şriftin ölçüsü :

Saytın rəngi :

"Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi" mövzusunda praktiki (əməli) məşğələ keçirilib.

20 sentyabr 2024 | 10:37
20 sentyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektrounun birgə təşkilatçılığı ilə Beyləqan şəhər Humanitar Fənlər Təmayüllü Liseydə "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi" mövzusunda praktiki (əməli) məşğələ keçirilmişdir.
 
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Abdullayev çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs etmiş, rayon üçün ehtimal olunan fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində rayon FHK və FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti barədə məlumat vermişdir.
 
Nəzəri və praktik olmaqla, iki hissədən ibarət tədbirdə FHN-in əməkdaşları tərəfindən məktəb kollektivinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişət qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel, daşqınlar, yol qəzaları, partlayışlar və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.
 
Tədbirin sonunda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Keçidlər