Şriftin ölçüsü :

Saytın rəngi :

“Gender bərabərliyi” mövzusunda tədbir keçirilib.

03 aprel 2024 | 15:25
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər Evində İdeoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Gender bərabərliyi” mövzusunda tədbir baş tutub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı tədbirdə iştirak edən şagirdlərə cəmiyyətin bütün sahələrində qadın və kişilərə bərabər hüquqların verilməsi, gender bərabərliyinə qarşı əsas stereotiplər, gender bərabərsizliyi ilə mübarizə aparmağın yolları və s. barədə ətraflı məlumat verib.
 
Daha sonra mövzu ilə bağlı videoçarx və slaydlar nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər