Həmyerlimiz “Xalqın Səsi-3” musiqili səs yarışmasının qalibi olub.
29 aprel 2025 | 10:05
28 aprel 2025-ci ildə Dünya TV-də yayımlanan “Xalqın Səsi-3” musiqili səs yarışmasında həmyerlimiz İxtiyar Qurbanov Borçalı mahalından yarışmaya qatılmış Polad Qocayevlə final mərhələsində, dueldə yarışıb.
Çox gərgin şəraitdə keçən yarışmada, beyləqanlılar tərəfindən hər zaman sevilə-sevilə dinlənilən həmyerlimiz İxtiyar Qurbanov final mərhələsinin qalibi olaraq birinciliyi qazanmış və çoxsaylı pərəstişkarlarına sonsuz sevinc və qürur yaşatmışdır.
İxtiyar Qurbanova dəstək olan hər bir kəsə sonsuz təşəkkürümüzü bildirir və qələbə münasibəti ilə İxtiyar Qurbanovu təbrik edərək, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!