Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində tədbirlərə uyğun olaraq “El bilir ki, sən rəssamsan” adlı rəsm müsabiqəsi keçirilib.

14 aprel 2023 | 11:25
14 aprel 2023-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Beyləqan rayon İcra Hakimiyyətinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin və Beyləqan rayon Uşaq Gənlər İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində tədbirlərə uyğun olaraq “El bilir ki, sən rəssamsan” adlı rəsm müsabiqəsi keçirilib.
 
İlk öncə münsiflər tərəfindən qiymətləndirmə məqsədilə uşaq və cənclərin təqdim etdiyi rəsmlərə baxış keçirilib. Qiymətləndirməyə ayrılan zaman çərçivəsində rayonun Niyazi adına Uşaq Musiqi məktəbinin və Uşaq Gənclər İnkişaf mərkəzinin hazırladığı musiqi və rəqs nömrələri təqdim olunub.
 
Sonda müsabiqənin qaliblərinə Diplomlar və təşəkkürnamələr ilə mükafatlandırılıb.
Keçidlər